Tramp xalqa müraciətində Ukraynadan bəhs etməyib

18.12.2025

Icma.az, Ayna saytına istinadən bildirir.

Amerika lideri Venesuela ilə münasibətlərin pisləşməsi məsələsinə də toxunmayıb

ABŞ Prezidenti Donald Tramp xalqa müraciəti zamanı Ukraynadakı münaqişənin həlli ilə bağlı ABŞ-ın səylərindən bəhs etməyib. AYNA.AZ-ın “RİA Novosti”yə istinadən  məlumatına görə, Amerika lideri Venesuela ilə münasibətlərin pisləşməsi məsələsinə də toxunmayıb.

Xatırladaq ki, bir müddət əvvəl amerikalı jurnalist Taker Karlson Donald Trampın Oval Ofisdəki çıxışı zamanı Venesuelaya müharibə elan edəcəyini bildirmişdi.

Bundan əvvəl Tramp tərəflərin razılığa gəlməyə yaxınlaşması səbəbindən Ukrayna münaqişəsinin tezliklə bitə biləcəyini bildirmişdi .

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью