Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Ayətullah Əli Xameneini çox narahat olmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “NBC News”a verdiyi müsahibədə danışıb.
Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında bildirib ki, “İran lideri Xamenei çox narahat olmalıdır”.
Bu bəyanat Vaşinqton və Tehran arasında planlaşdırılan danışıqların pozulması ehtimalı ilə bağlı xəbərlər fonunda səslənib.
Qeyd edək ki, daha əvvəl “Axios”un mənbələrə istinadən yaydığı məlumata görə, fevralın 6-da, cümə günü keçirilməsi nəzərdə tutulan ABŞ–İran nüvə danışıqları baş tutmaya bilər. Buna səbəb kimi ABŞ tərəfinin görüşlərin Omana keçirilməsi tələbinə razılıq verməməsi göstərilir.
Tahir Turan
Globalinfo.az