Tramp Xark adasında neft obyektlərini hədəf alacağını istisna etməyib

16.03.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vaşinqton, 16 mart, AZƏRTAC

ABŞ İranın Xark adasında neft obyektləri istisna olmaqla, demək olar ki, bütün hədəfləri məhv edib.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Lakin o, gələcəkdə həmin obyektlərin də hədəfə alına biləcəyini istisna etməyib.

“Bildiyiniz kimi, biz Xark adasına hücum etdik. Lakin boru kəmərlərini toxunulmaz saxladıq. Biz bunu etmək istəmirdik, amma istəsək, beş dəqiqəlik xəbərdarlıqla bunu edə bilərik”, – deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью