Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
ABŞ lideri İranın Xarq adasına endirilən zərbələrin süni intellektlə) hazırlanmış videolarını paylaşıb
ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasına endirilən zərbələrin süni intellektlə (Sİ) hazırlanmış videolarını yayıb. AYNA.AZ xəbər verir ki, paylaşım “Truth Social”da edilib.
"Xarq adası parça-parça edilir!!!", - deyə Amerika lideri yazıb.
Onun paylaşdığı qısa videolardan birində sahil binalarına raketlərin dəydiyi, ikincisində isə onların yandığı və partladığı göstərilir.
Tramp videonu niyə paylaşdığını izah etməyib.
ABŞ ordusu 30 avqustda adaya heç bir zərbə endirilmədiyini açıqlayıb.
Xarq adası Fars körfəzində yerləşir və İranın ən böyük neft ixrac terminalıdır. Tramp əvvəllər ABŞ-ın adanı ələ keçirməyə cəhd göstərə biləcəyi ehtimalını istisna etməyib.
“Axios” 30 avqustda ABŞ qüvvələrinin İranın cənubundakı Larak adasında iki raket buraxıcı qurğusuna zərbə endirdiyi məlumatını yayıb. Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Larak adasına endirilən zərbəyə cavab olaraq İordaniyadakı ABŞ hərbi obyektlərinə atəş açdığını açıqlayıb. "Al Hadath” TV krallıq silahlı qüvvələrinin sözçüsünün açıqlamasına istinadən bildirib ki, İordaniya hava hücumundan müdafiə sistemləri İranın hücumunu dəf edib.