Tramp xəritəni dəyişdi Hörmüz boğazına öz adını verdi

28.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən xəritə paylaşaraq diqqət çəkib.

“Yeni Sabah” xəbər verir ki, Tramp sosial media hesabında körfəz bölgəsinin xəritəsini paylaşıb. Xəritədə dairəyə alınan Hörmüz boğazının adı “Tramp boğazı” kimi göstərilib. Tramp sentyabrın 2-də etdiyi paylaşımda da Hörmüz boğazının ABŞ-ın nəzarətində olduğunu iddia etmiş və onun adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif edə biləcəyini bildirmişdi.

ABŞ Prezidenti daha əvvəlki açıqlamalarında da Hörmüz boğazının ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu və ərazinin “ABŞ torpağı” hesab edilə biləcəyini iddia edib. Dominos pizza

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью