Tramp Xomeneiyə məktub göndərdi: ABŞ prezidenti dini liderə nələr yazıb? KONKRET

07.03.2025

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xomeneiyə məktub göndərərək İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqlar aparmasını təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə Tramp “Fox Business” telekanalına müsahibəsində deyib:

“Cümə axşamı İran liderinə məktub göndərdim. Mən İranla sövdələşməyə üstünlük verərdim. İran nüvə silahı əldə etməməlidir. Ümid edirəm ki, Tehran Vaşinqtonla danışıqlar aparacaq”, – Tramp vurğulayıb.

Vəli Həsənoğlu,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью