Tramp xoş xəbəri ÇATDIRDI: “Zelenski ilə Putin tezliklə görüşəcək”

28.10.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə görüşün tezliklə baş tutacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Tramp oktyabrın 28-də jurnalistlərə açıqlamasında Ukraynadakı müharibə kontekstində Vaşinqtonla Moskva arasında münasibətlərdə ciddi irəliləyiş olduğunu bildirib.
 

“Rusiya ilə münasibətlərdə, Rusiya və Ukrayna kontekstində əhəmiyyətli irəliləyiş əldə etmişik. Tezliklə görüş keçiriləcək və məncə, ciddi irəliləyişə nail olunub”, – deyə Tramp bildirib.


Söhbətin hansı görüşdən getdiyi dəqiqləşdirildikdə, ABŞ prezidenti Putin və Zelenski ilə görüşü nəzərdə tutduğunu deyib.
ABŞ tərəfi müharibənin dayandırılması yollarını müzakirə etmək üçün üçtərəfli görüş təşkil etməyə çalışır. Mümkün görüş məkanları arasında Yaxın Şərq və Mayamidə keçiriləcək G20 sammiti nəzərdən keçirilib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью