Tramp xüsusi elçilərini Kiyev və Moskvaya göndərir TARİX

08.08.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner yaxın 10 gün ərzində Kiyev və Moskvaya səfər edə bilərlər. 
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadən məlumat yayıb.
"Səfər bir həftə və ya 10 gün diapazonunda baş tuta bilər", — deyə agentliyin həmsöhbəti mümkün səfər tarixləri barədə suala cavab verərkən bildirib.
Qeyd edək ki, iyulun sonlarında Qərb mediası Uitkoff və Kuşnerin yaxın vaxtlarda Kiyevə səfər edə biləcəyi barədə məlumatlar yaymışdı.
Onların Moskvaya mümkün səfəri barədə informasiyalar da gündəmə gəlmişdi.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью