Tramp xüsusi elçisini Moskva və Kiyevə göndərir

04.09.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner yaxın günlərdə Moskva və Kiyevə səfər etməyi planlaşdırırlar.

Bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər artıq Rusiya və Ukrayna paytaxtlarına səfərlərin ilkin tarixlərini razılaşdırıblar.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Trampın komandasının danışıqlar aparan nümayəndələrinin yaxın günlərdə münaqişənin nizamlanması ilə bağlı Moskva və Kiyevdə yeni görüşlər keçirəcəyini bildirmişdi. /Trend 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью