Tramp xüsusi nümayəndəsini Moskvaya göndərir

11.03.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Uitkoffun səfəri Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinə son qoymaq səyləri kontekstində baş tutacaq.

Bu səfərin nəzərdə tutulan tarixi dəqiqləşdirilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью