Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə, bu və ya digər şəkildə bitəcəyinə əmindir.
“Cebheinfo.az” xəbər verir ki, Tramp “Ya Tehran razılaşma əldə edəcək, ya da Vaşinqton buna son qoyacaq”,-deyib.
"Biz artıq bu qələbəni əldə etmişik və çox tezliklə, bu və ya digər şəkildə buna son qoyacağıq. Ya onlar razılaşma əldə edəcəklər, ya da biz sadəcə ona son qoyacağıq", - deyə Tramp “Right Side Broadcasting Network” (RSBN) ilə müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, bu, bəlkə də asan çıxış yoludur. Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Vaşinqtonun rasional hərəkət edəcəyinə və yenilənmiş silahlı münaqişə əvəzinə diplomatiyanı seçəcəyinə ümid etdiyini bildirib:
"Biz diplomatik səylər göstəririk və ümid edirik ki, qarşı tərəf rasional yanaşma tətbiq edəcək və digər variantlar əvəzinə diplomatiyanı seçəcək".
Əraqçi, həmçinin qeyd edib ki, İran ordusu hərbi əməliyyatların yenidən başlamasına hazırlaşır. Şənbə günü ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tramp İranla mübahisəyə döyüş meydanında deyil, danışıqlar masasında həll yolu tapmağa üstünlük verəcək.
"Prezident Tramp diplomatik həll yoluna üstünlük verir", - deyə Rubio Atlantada keçirilən mətbuat konfransında bildirib.
ABŞ dövlət katibi, həmçinin ABŞ ordusunun lazım gələrsə, İran məsələsini güc yolu ilə həll etmək üçün kifayət qədər güclü olduğu deyib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin