Tramp yalan danışır Azərbaycanlı jurnalist

23.01.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Donald Tramp Danimarkanın Qrenlandiya ilə bağlı "heç bir yazılı sənəd" olmadığını və hər şeyin yalnız "yüz illər əvvəl bir gəminin Qtenlandiya sahillərinə yanaşdığı" faktına əsaslandığını iddia edərək həmişəki kimi yalan danışır”.
Modern.az xəbər verir ki, bunu Türkiyədə yaşayan tanınmış azərbaycanlı journalist İbrahim Nəbioğlu bildirib.

Jurnalistin sözlərinə görə, əslində ABŞ özü 1916-cı ildə Danimarkanın bütün Qrenlandiya üzərində tam suverenliyini rəsmi olaraq tanıyıb.
“4 avqust 1916-cı ildə Amerika Danimarkanın Karib adalarını (indiki Virgin Adaları) satın aldıqda ABŞ dövlət katibi Robert Lansing ayrıca bir bəyannamə imzaladı və onun əsli Rigsarkivetdə – Danimarka Milli Arxivində saxlanılır. Bəyannamədə deyilirdi:

"Amerika Birləşmiş Ştatları Hökuməti Danimarka hökumətinin siyasi və iqtisadi maraqlarını bütün Qrenlandiyaya şamil etməsinə etiraz etməyəcək".

Bəyannamə Danimarkanın 1921-ci ildə bütün Qrenlandiyanı rəsmi olaraq öz ərazisi kimi iddia etməsinə kömək etdi və 1933-cü ildə Beynəlxalq Ədalət Daimi Məhkəməsi Danimarkanın ada üzərində suverenliyini tamamilə təsdiqlədi.

ABŞ prezidenti ABŞ-ın NATO müttəfiqi olan Danimarkanın Arktika ərazisini ələ keçirmək təhdidlərini əsaslandırmaq üçün sadəcə tarixə və beynəlxalq hüquqa məhəl qoymur. Tramp adətinə sadiq qalaraq növbəti dəfə həqiqəti təhrif edir. Bu, açıq-aşkar ağ yalandır. Yəni məsələ “gəmi əfsanəsi” yox, dövlətlərarası hüquqi sənədlər məsələsidir.

Trampın dedikləri tarixi bilməməkdən deyil, onu bilə-bilə siyasi manipulyasiya alətinə çevirməkdən qaynaqlanır”, - İbrahim Nəbioğlu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью