“Tramp yalnız bu halda danışıqlar aparacaq”

08.04.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“ABŞ Prezidenti Donald Tramp və komandası Hörmüz boğazının naviqasiya üçün açıq qalması şərti ilə İranla danışıqlar aparacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə bildirib.

Levittin sözlərinə görə, prezident və onun danışıqlar qrupu “Hörmüz boğazının heç bir məhdudiyyət və gecikmə olmadan açıq qalması şərti ilə qarşıdakı iki həftə ərzində bu işə (Tehranla razılıq əldə etmək üçün) diqqət yetirəcək”.

Ağ Evin sözçüsü həmçinin qeyd edib ki, İran Hörmüz boğazını açmaq öhdəliyini götürüb və ABŞ bu öhdəliyi “real vaxtda” yaxından izləyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью