Tramp yardımı kəsdi, Zelenski tez cavab verdi

04.03.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın cümə günü Oval Ofisdə Ukrayna prezidenti Vladimir Zelenski ilə davasından sonra ABŞ-ın bu ölkəyə hərbi yardımını müvəqqəti olaraq dayandırdığı bildirilib.

News24.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski də bununla bağlı yeni açıqlama verib. 

Trampın sərt rəftarlarına baxmayaraq sakitliyini qorumağa çalışan Zelenski, "ABŞ və Avropa tərəfdaşlarımızla birlikdə işləyirik və ABŞ-ın sülh yolunda dəstəyinə çox ümid edirik. Sülh ən qısa zamanda əldə edilməlidir" deyib.

Zelenski, "Bu müharibəni mümkün qədər tez bitirmək üçün həqiqətən konkret addımlarla diplomatiyamızı inkişaf etdirməyə çalışmağımız çox vacibdir. Bizə əsl sülh lazımdır və bunu ən çox ukraynalılar istəyir. İnsanlarımızı itiririk. Müharibəni dayandırmalı və təhlükəsizliyi təmin etməliyik" deyə bildirib.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью