Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında söhbət yaxın gələcəkdə - bəlkə də sabah baş tuta bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
“Tramp və Putin arasında daha bir telefon danışığının həftəsonundan əvvəl və ya sonra baş tutacağı gözlənilir”, - deyə nəşr yazıb.
Bununla belə, bu söhbətin gerçəkləşəcəyinə dair heç bir zəmanət yoxdur, çünki "Tramp həmişə olduğu kimi, hələ heç bir qəti qərar verilməyib", - deyə qəzet qeyd edib.
Xatırladaq ki, bazar günü Tramp "NBC News" telekanalına müsahibəsində Putinlə bu həftə danışmağı planlaşdırdığını bildirib.
Eyni zamanda, nəşr daha sonra yazıb ki, Trampın ətrafı ona Ukraynada tam atəşkəsə razılaşana qədər Putinə zəng etməyi məsləhət görmür.
Tramp administrasiyasının rəsmilərinin sözlərinə görə, iki lider arasında heç bir zəng planlaşdırılmır.