Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vaşinqton, 7 oktyabr, AZƏRTAC
“Bizim Yaxın Şərqdə sülh əldə etmək ehtimalımız çoxdur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə görüş zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu, hətta Qəzzadakı vəziyyətin sərhədlərindən kənara çıxır.
“Biz girovların dərhal azad edilməsini istəyirik. Beləliklə, komandamız indi oradadır. Başqa bir komanda da yenicə getdi. Sözün əsl mənasında dünyanın hər bir ölkəsi bu planı dəstəkləyib. Nəsə edə biləcəyimizə dair real şans var”,- deyə Tramp vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton