Tramp yaxın vaxtlarda İranla bağlı qərar verəcəyini bildirib

14.04.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda İranla bağlı qərar verməyi planlaşdırdığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp təyyarədə Ağ Evin mətbuat xidmətinə deyib.

“İranla bağlı qərarı tezliklə verəcəyik”, - deyə  o qeyd edib.

Aprelin 12-də Omanda Tehran və Vaşinqton nümayəndələri arasında İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə ilk məsləhətləşmələr keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.

İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit şəraitdə keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Bazar günü İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib ki, İran və ABŞ arasında dolayısı danışıqların ikinci mərhələsi Omanda baş tutmaya bilər, lakin bu ölkə vasitəçi rolunu oynamağa davam edəcək.

"Axios" portalının mənbələri qeyd ediblər ki, danışıqların keçiriləcəyi yerin dəyişdirilməsi ABŞ administrasiyasının təşəbbüsü ilə həyata keçirilib. Portal ABŞ və İran arasında danışıqların ikinci mərhələsinin aprelin 19-da Romada keçirilə biləcəyini də yazıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью