Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Hanuka bayramı münasibətilə etdiyi çıxışında yəhudi xalqını xarici hücumlardan qoruyacağına, o cümlədən yəhudi dini mərasimlərinin təhlükəsizliyinə zəmanət verəcəyinə söz verdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən müraciətdə qeyd edilib.
"Bu bayram tədbirləri zamanı mənim Administrasiyam yəhudi xalqının yanında möhkəm durmağa və hər bir möminin təqib qorxusu olmadan dinlərini sərbəst şəkildə yerinə yetirmək hüququnu müdafiə etməyə davam edəcək", - deyə ABŞ prezidenti bildirib.
Trampın açıqlamaları Avstraliyada Hanuka bayramını qeyd edənlərə hücumdan sonra dərc edilib.
Qeyd edək ki, Sidneydə Hanuka bayramının keçirildiyi Bondi çimərliyi yaxınlığında naməlum silahlı şəxslər atəş açıblar. Nəticədə 15 nəfər ölüb. Hücum edənlərdən biri güllələnib, digəri isə saxlanılıb.
Qadir, Bizimyol.info