Tramp yekun qərarını verdi

15.10.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasındakı paylaşımında yazıb.

"Hesab edirəm ki, edamın bütün dünyaya canlı yayımlanması Amerikanın Nidal Həsən kimi terrorçularla və tör-töküntülərlə necə davrandığını nümayiş etdirmək üçün güclü çəkindirici amil ola bilərdi. Lakin xeyli sayda xeyirxah insan onun ölümünü nə canlı efirdə, nə də digər vizual vasitələrlə görmək istəməzdi", - deyə ABŞ prezidenti qeyd edib.

Tramp edamın baş tutacağını və həlak olanların yaxın qohumlarının mərasimdə şəxsən iştirak edə biləcəyini vurğulayıb.

Xatırladaq ki, ötən həftə ABŞ-nin müharibə naziri Pit Heqset dekabrın 3-də Nidal Həsənin güllələnərək edam edilməsinin canlı yayımlanacağını bildirmişdi. Bu təklif respublikaçılar, demokratlar və Katolik Kilsəsi tərəfindən kəskin etirazla qarşılanmışdı.

Keçmiş ordu zabiti Nidal Həsən 2009-cu ildə Fort-Hud hərbi bazasında 13 hərbçini öldürüb, 30 nəfəri isə yaralayıb. 2013-cü ildə hərbi məhkəmə onu təqsirli bilərək ölüm cəzasına məhkum edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью