Tramp Yəmənin vurulmasını belə İZLƏYİB

16.03.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ağ Ev Prezident Donald Tramp və onun yaxın çevrəsinin Yəməndə ABŞ-nin hava hücumlarını izləyən fotolarını paylaşıb.

“Cebheinfo.az” xəbər verir ki, Ağ Evin bəyanatında deyilir:

“Prezident Tramp ABŞ-nin nəqliyyat aktivlərini qorumaq və terror təhdidlərinin qarşısını almaq üçün husilərə qarşı tədbirlər görür. Çox uzun müddətdir ki, Amerikanın iqtisadi və milli təhdidləri Husilərin hücumu altındadır. Bu prezidentin dövrünə aid deyil".

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrinə Yəmən husilərinə qarşı “qətiyyətli və güclü hərbi əməliyyatlara” başlamağı əmr etdiyini bildirərək, İrandan sonunculara dəstəyi dayandırmağı tələb edib.

Son məlumatlara görə, ABŞ-nin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölən və yaralananların sayı 50-yə yaxınlaşıb.

ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun söhbətində Yəmən ətrafındakı vəziyyət müzakirə olunub.

Öz növbəsində İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ABŞ-nin İranın xarici siyasətini diqtə etmək səlahiyyəti və ya işi yoxdur.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью