Tramp yenə Ərdoğandan danışdı

08.04.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ, İsrail və Türkiyə birlikdə Suriya üzrə anlaşma əldə edə bilərlər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib.

Ağ Ev rəhbəri ABŞ-ın Ankara ilə gözəl münasibətləri olduğunu vurğulayıb.

“İsrailin Baş nazirinə bildirdim ki, əgər sizin Türkiyə ilə problemləriniz varsa, düşünürəm ki, onları həll etmək mümkündür. Bilirsiniz, mənim Türkiyə və onun lideri ilə çox yaxşı münasibətim var. Hesab edirəm ki, bunu yoluna qoya biləcəyik. Bu, problem olmaqdan çıxacaq”, – Tramp bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью