Tramp yenə hədələdi: Bizim olmalısınız!

12.03.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Kanadanın Ontario əyalətinin baş naziri Doq Fordun ABŞ-a satılan elektrik enerjisinə 25 faizlik tarif tətbiq edəcəyi barədə qərarına sərt reaksiya verib.

Ölkə.Az  xəbər verir ki, bu barədə “Truth Social” hesabında yazan Tramp Kanadadan ABŞ-a idxal edilən bütün polad və alüminium məhsullarına əlavə 25 faiz gömrük rüsumu əlavə etməklə rüsumun həcmini 50 faizə çatdıracaqlarını açıqlayıb. 

Ontarionun ABŞ-a satılan elektrik enerjisi tariflərinin yaratdığı problemə toxunan Trump deyib ki, tezliklə o bölgədə elektrik enerjisi üçün Milli Fövqəladə Vəziyyət elan edəcək.  “Bu da ABŞ-a Kanadadan gələn bu pis niyyətli təhlükəni  azaltmaq üçün sürətlə hərəkətə keçməyə imkan verəcək", - Tramp vurğulayıb. 

O əlavə edib ki, Kanadaya ildə 200 milyard dollardan çox subsidiya verirlər: “Niyə? Bu belə davam edə bilməz. Məntiqli olan yeganə şey Kanadanın 51-ci ştatımız  olmasıdır.

Bununla da dünyanın ən böyük və ən güclü dövləti hər zamankından daha böyük və güclü olacaq və Kanada da bunun böyük bir hissəsi olacaq. O zaman Kanada hərbi baxımdan daha təhlükəsiz olacaq və sərhəd probleminin olmayacaq”.

Kanadanı təhdid edən Tramp  2 apreldə ABŞ-a gələn avtomobillərə tətbiq edilən tarifləri əhəmiyyətli dərəcədə artıracağını, həmçinin Kanadada avtomobil istehsalını birdəfəlik dayandıracağını bəyan edib.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью