Tramp yenə təəccübləndirdi: Jurnalistlərin suallarını damda cavabladı

06.08.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp yenə hər kəsi təəcübləndirib. O bu dəfə jurnalistlərin suallarını  Ağ Evin damından cavablandırıb. O, damda bərpa işlərinə baxış keçirdiyini bildirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlərdən biri "Cənab Prezident, orada nə edirsiniz?" deyə soruşduqda, Tramp "Bərpa işlərinə baxıram" deyib. "Bəs, nə inşa edirsiniz?" sualına isə zarafatla "Raketlər, nüvə raketləri..." -  deyə cavab verib.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью