Tramp yenə təkrarladı: Xəbərdarlığımdan sonra İranda edamlar dayandırılıb | Icma.az
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq. "İranda çoxsaylı etirazçıların edamlarının Tehrana xəbərdarlığımıza görə dayandrııılıb.
İndi biz bundan sonra İranda nə baş verəcəyini gözləməliyik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Davosa yola düşərkən Ağ Evdə keçirilən mətbuat konfransında deyib.
O, İrana qarşı hərbi variantın hələ də müzakirə mövzusu olub-olmadığı ilə bağlı suala cavabda daha sonra deyib: "Onlar (Tehran rejimi-mia.az) 837 nəfəri asacaqdılar.
Mən onlara dedim ki, əgər bu baş verərsə, həmin gün onlar üçün çox pis bir gün olacaq.
Onlar bunu etməmək qərarına gəldilər və insanları asmadılar.
Gələcəkdə nə olacağını sizə deyə bilmərəm, amma onlar bu məsələni gündəmdən çıxarıblar".
Xatırladaq ki, Tramp bundan əvvəl də oxşar açıqlama vermişdi.
Tam oxu
Xəbəri oxu