Tramp Yeni İlə qədər sevindirici xəbər vermək istəyir

09.12.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Milad bayramına qədər Ukrayna üzrə razılaşmanın əldə olunacağını gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Nəşrin yazdığına görə, Trampın komandası öz emissarları vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə sülh planı ilə bağlı cavabı yaxın günlərdə təqdim etməyi tövsiyə edib.

Məqsəd Rusiya ilə atəşkəs barədə razılığın dekabrın 25-dək əldə olunmasıdır.

Dekabrın 9-da “Politico”ya müsahibə verən Donald Tramp bildirib ki, Ukrayna uduzur və buna görə də Kiyev onun irəli sürdüyü sülh planının şərtlərini nəzərdən keçirməli, razılaşmağa yönəlməlidir.

ABŞ Prezidenti həmçinin Ukraynada demokratik proseslərin bərpası və seçkilərin keçirilməsini vacib saydığını vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью