Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
CNN-in diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ və İran arasında uzun müddətdir davam edən nüvə danışıqları razılaşma mərhələsinə çatıb.
Bildirilir ki, tərəflər yaxın vaxtlarda keçiriləcək növbəti görüşdə hərtərəfli nüvə sazişini imzalaya bilərlər.Qeyd olunur ki, danışıqların əsas məqsədi İranın uranı yüksək səviyyədə zənginləşdirməsini dayandırmaq və bölgədə nüvə silahı təhlükəsini minimuma endirməkdir.
Vaşinqton İranın nüvə proqramının hərbi məqsədlər üçün istifadə olunmamasını təmin etməyə çalışır.
İran isə proqramının yalnız mülki və enerji məqsədlərinə xidmət etdiyini bildirir.Sonuncu görüş mayın 23-də Romada baş tutub və bu, iki ölkə nümayəndələrinin bu il ərzində apardığı beşinci birbaşa danışıqlar olub.
Danışıqlarda vasitəçi rolunu Oman Krallığı oynayıb. Oman uzun illərdir İranla Qərb arasında körpü rolunu oynayan neytral vasitəçi kimi çıxış
Bunun üçün isə nüvənin zənginləşdirilməsi prosesi dayandırılmalıdır. Lakin Tehran bu tələbi qəbul etmir.
İran israrla nüvə proqramının yalnız mülki məqsədlərlə həyata keçirildiyini bildirir və zənginləşdirmədən imtina etməyə hazır olmadığını vurğulayır.