Tramp yeni rüsumların ABŞ a 6 7 trilyon dollar qazandıracağını deyib

03.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Vaşinqtonun yeni gömrük rüsumlarının tətbiqi ölkəyə 6-7 trilyon dollar həcmində investisiya cəlb edəcək.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlaması zamanı deyib.

"Hesab edirəm ki, hər şey çox yaxşı gedir. Qeyd olunan tədbirlər ABŞ-a investisiya kimi 6 trilyon dollar və ya 7 trilyon dollar maliyyə axınını təmin edəcək. Bazarlar çiçəklənəcək. Ölkə sürətli inkişaf yaşayacaq”, - Tramp bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью