Tramp yeni saziş təklif etdi, Zelenski razılaşa bilər

21.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Prezident Vladimir Zelenskinin ilkin təklifi rədd etməsindən sonra ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynaya mədən hasilatı müqaviləsinin “təkmilləşdirilmiş” layihəsini təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə “Axios” Ukrayna və Amerika rəsmilərinə və üç məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Məsələ ilə bağlı məlumatlı mənbə bildirib ki, bir neçə köməkçisi Zelenskini Trampla qarşıdurmadan qaçmaq üçün yenilənmiş təklifi imzalamağa çağırıb.

“Son layihədə əhəmiyyətli irəliləyiş var və o, Ukrayna qanunvericiliyinə uyğundur”, - mənbə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью