Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Tramp Moskvanın oyununa getməyə davam edərsə, bu, təkcə Ukraynanın deyil, bütün Qərbin siyasi məğlubiyyətinə çevriləcək..." Cəmi bir həftə əvvəl Ukraynanın tərəfdarları ümidlə izləyirdilər ki, ABŞ prezidenti Donald Tramp Kiyevə "Tomahawk" raketlərini ötürmək fikrindədir və oktyabrın 17-də keçirilən Zelenski ilə görüşdən ciddi nəticələr gözlənilirdi.
Lakin Rusiya diktatoru Vladimir Putinlə baş tutan son telefon danışığından sonra Trampın mövqeyi kəskin dəyişdi.
Moderator.az xəbər verir ki, bu barədə "Time" nəşri yazıb. Vaşinqtonda gözlənilməz dönüş "Time" jurnalının müəllifi Lyuk Makqi yazır ki, Put
Onun fikrincə, Trampın hazırkı mövqeyi Ukraynadakı müharibəni dayandırmaq əvəzinə, daha da faciəvi nəticələrə gətirib çıxara bilər.
Jurnalist qeyd edir ki, Tramp Zelenski ilə görüşdə "Tomahawk" raketlərini verməkdən imtina etməklə yanaşı, yenidən köhnə ritorikasına qayıdıb - o, Ukraynanın Donbasın bir hissəsini Putinə güzəştə getməli olduğunu deyib.
Hətta bəzi məlumatlara görə, Tramp Zelenskiyə "əgər kompromisə getməsən, Ukraynanı məhv edərəm" deyə hədə-qorxu gəlib.
Budapeşt planı və Orban amili Makqinin yazdığına görə, Tramp və Putin arasında iki saatlıq telefon danışığı Zelenski hələ Vaşinqtona gedərkən baş tutub və bu söhbət nəticəsində liderlər Budapeştdə yeni sammit keçirmək barədə razılığa gəlib.