Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Trampı daşıyan təyyarə Vaşinqton yaxınlığındakı Endryus aviabazasına eniş etdikdən sonra Sürixə yola düşüb.Bizim.Media xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.Ağ Evin mətbuat xidmətinin bildirdiyinə görə, Tramp daha kiçik ölçülü bir təyyarəyə minib.
Endryus aviabazasına geri dönmək qərarı təyyarənin bort elektron avadanlığında nasazlıq aşkar edildikdən sonra qəbul olunub.
Donald Tramp bu gün Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək.Bizim.Media Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.