Tramp yerini Vensə verir?

30.08.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

ABŞ-ın vitse-prezidenti Ceyms Vens bəyan edib ki, zərurət yaranacağı halda prezident Donald Trampın səlahiyyətlərini icra etməyə hazırdır.

O, bu barədə “USA Today”ə müsahibəsində danışıb.

Vensdən ABŞ prezidentinin səlahiyyətlərini üzərinə götürməyə hazır olub-olmadığı soruşulduqda o, son 200 gündə iş yerində çox dəyərli təcrübə qazandığını bildirib.

Eyni zamanda, vitse-prezident Trampın “inanılmaz sağlamlığı və enerjisi” olduğunu, Ağ Evdə hamıdan çox çalışdığını vurğulayıb:

“Bəli, bəzən dəhşətli hadisələr baş verir. Amma mən əminəm ki, ABŞ prezidenti yaxşı formadadır, müddətini sona qədər başa vuracaq və Amerika xalqı üçün böyük işlər görəcək. Əgər, faciəvi hadisə baş versə, son 200 gündə qazandığım təcrübədən daha yaxşı hazırlıq təsəvvür edə bilmirəm ”, – deyə Vens qeyd edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью