“Tramp yolu” üçün ortaq şirkət yaradılır

14.10.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Tramp yolu”na hazırlığı şərh edib. 

ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında nazir xatırladıb ki, TRIPP dəmir yolunun Ermənistanın cənubundan keçəcək hissəsidir.

“Cebheinfo.az” xəbər verir k, nazir ötən gün Şarm əl-Şeyxdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla  əlaqələrin nizamlanması üçün bütün mümkün həll yollarını, o cümlədən infrastrukturun blokdan çıxarılması məsələsini müzakirə etmək imkanı əldə edib.

Nazir bir daha qeyd edib ki, blokun açılması bir sıra prinsiplər əsasında aparılacaq: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, dövlətlərin yurisdiksiyası və qarşılıqlılıq. Onun sözlərinə görə, bu prinsiplər bütün kommunikasiyalara, o cümlədən bu bölməyə aiddir.

“Hazırda Amerika tərəfi ilə TRIPP üzrə texniki həllər müzakirə olunur və avqustun 8-dən işlər artıq başa çatıb. Yekun qərar qəbul edildikdən sonra bu barədə məlumat veriləcək və onun saxlanmasına cavabdehlik ortaq erməni-amerikan şirkəti olacaq. İndi dərc edilənlər razılaşdırılıb. Qalanları dəqiqləşdiriləcək, bütün tərəflər  razılaşdıracaq və məlumat veriləcək", - Mirzoyan bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью