Tramp yöndəmsiz vəziyyətə düşdü: Melaniyanı niyə öpə bilməyib?

21.01.2025

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnauqurasiya zamanı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp həyat yoldaşı Melaniyanı enli şlyapasına görə öpə bilməyib.

Publika.az xəbər verir ki, bu məqama “New York Post” diqqət çəkib.

Yayımlanan görüntülərdə siyasətçinin həyat yoldaşının yanağından öpməyə çalışdığı, ancaq şlyapanın buna mane olduğu görünür.

Birinci xanım inauqurasiya üçün klassik qara palto və sivri uclu ayaqqabı geyinib və görünüşünü gözlərini örtən geniş kənarlı “Erik Cavits” şlyapası ilə tamamlayıb.

Onun geyimi internetdə səs-küyə səbəb olub. Bəzi istifadəçilər Trampın həyat yoldaşının manekenə oxşadığını, bəziləri isə onu qulluqçu ilə müqayisə edib.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью