Tramp, yoxsa Harris “İlin adamı” adına namizədlər açıqlandı

09.12.2024

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Time” jurnalı “İlin adamı” adına namizədlərin adlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, siyahıda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, eləcə də seçkilərdə onun rəqibi olmuş Kamala Harris var.

Namizədlər arasına amerikalı milyarder İlon Mask, “Meta” korporasiyasının təsisçisi Mark Zukerberq, İsrailin baş naziri Binyamin Netanyahu, Britaniya şahzadəsi Keyt Middlton və digər məşhur simalar da daxil olub.

Bu titulun qalibi dekabrın 12-də məlum olacaq.

Qeyd edək ki, 2023-cü ildə "ilin adamı" müğənni Taylor Svift seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью