Icma.az bildirir, Moderator.az portalına istinadən. Amerika lideri görüşlə bağlı başqa təfərrüatları açıqlamayıb...
Bu gün- 14 fevral 2025-ci ildə ABŞ prezidenti Donald Tramp gələn həftə Səudiyyə Ərəbistanında ABŞ, Ukrayna və Rusiya rəsmilərinin görüşəcəyini elan edib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, o, bu barədə Ağ Evin Oval kabinetində keçirdiyi görüşdə bildirib.
"Sabah(15 fevral-S.L.) Münhendə, gələn həftə isə Səudiyyə Ərəbistanında görüş olacaq", - o əlavə edib.
“Mənim və ya Putinin iştirakı ilə deyil, yüksək vəzifəli şəxslərin iştirakı ilə”, - ddeyə Amerika prezidenti qeyd edib.
Onun sözlərinə görə, hər iki görüşdə Ukrayna iştirak edəcək.
"Baxaq görək, bu dəhşətli, amansız, qanlı müharibəyə son qoyub qurtara biləcəyikmi. Biz onu bitirmək istəyirik", - deyə Tramp yekunlaşdırıb.
Bundan əvvəl o, Münhendə Rusiya və ABŞ nümayəndələri arasında görüşün baş tutacağını bəyan etmişdi.