Tramp zarafatla ABŞ ın növbəti prezidenti olmaq istədiyini deyib

01.08.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp zarafatla ölkənin növbəti prezidenti olmaq istədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Real America's Voice" telekanalına müsahibəsində deyib.

“Mən növbəti prezident olmaq istədiyimi deyirəm. Çünki məndən sonra vəzifəyə gələcək şəxs superdahi kimi görünəcək. Zavodlar fəaliyyət göstərəcək, yeni iş yerləri yaradılacaq, ölkə bərpa olunacaq və bütün bunların uğuru onun adına yazılacaq”, - deyə bildirib.

ABŞ qanunvericiliyinə əsasən, Trampın ikinci prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır. 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş bir şəxsin prezident vəzifəsində iki müddətdən artıq qalmasını qadağan edir. Buna baxmayaraq, Tramp daha əvvəl bir neçə dəfə üçüncü müddətə namizəd olmaq ehtimalını gündəmə gətirib.

Donald Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edərək ikinci dəfə prezident seçilib. O, ilk dəfə ABŞ prezidenti vəzifəsini 2017–2021-ci illərdə icra edib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью