Icma.az, Moderator.az saytına istinadən bildirir. ABŞ Prezidenti Donald Trampın Oval kabinetdə ukraynalı həmkarı Volodimir Zelenski ilə gərg
Qərar radarlar, nəqliyyat vasitələri, döyüş sursatları və raketlər də daxil olmaqla milyardlarla dollarlıq hərbi dəstəyə təsir edəcək.
Moderator.az “Report” - a istinadla xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Tramp administrasiyası Ukraynaya bütün hazırkı hərbi yardımı kəsməyi düşünür.
ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisi “The Washington Post”a deyib ki, bu, Zelenskinin Oval kabinetdəki görüşü zamanı verdiyi bəyanatlar, eləcə də sülh danışıqlarındakı mövqeyi ilə bağlıdır.
“Nəzərdən keçirilən qərar prezidentin ixtisar səlahiyyəti vasitəsilə Ukraynaya radarlar, avtomobillər, döyüş sursatları və raketlər üçün ayrılan milyardlarla dollara təsir edəcək”, – adının açıqlanmasını istəməyən rəsmi deyib.
Onun sözlərinə görə, silah tədarükünün dayandırılmasının müzakirəsi Vaşinqtonla Kiyev arasında münasibətlərin kəskin şəkildə pisləşməsindən xəbər verir.
Zelenskinin Tramp və vitse-prezident Jey Di Vens ilə görüşü gərgin dialoqla müşayiət olunub.