Tramp Zelenski ilə görüşü ləğv etmək istədi Makron imkan vermədi

27.02.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Vaşinqtona səfərini ləğv etmək istəyib, amma Fransa Prezidenti Emmanuel Makron müdaxilə edərək, buna imkan verməyib.

Gununsesi.info Teleqraf – a istinadən xəbər verir ki, bu barədə BFMTV mənbələrə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, Zelenski ötən gün ABŞ administrasiyasından Vaşinqtona gəlməməyi tövsiyə edən mesaj alıb. Bundan sonra Ukrayna dövlət başçısı Trampdan onu qəbul etməsini xahiş etmək üçün Fransa prezidentinə zəng edib.

“Bundan sonra Tramp razılaşıb və Ukrayna liderini Ağ Evdə qəbul edəcəyini söyləyib”, – məqalədə deyilir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью