Tramp Zelenski ilə telefon danışığını ŞƏRH ETDİ

19.03.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

“Mən indicə Ukrayna prezidenti Zelenski ilə çox məhsuldar telefon danışığımı bitirdim. Danışığımız təxminən bir saat davam etdi”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp sosial şəbəkə hesabında qeyd edib.
O qeyd edib ki, müzakirənin əksər hissəsi Rusiya və Ukraynanın tələb və ehtiyaclarını uzlaşdırmaq üçün Rusiya prezidenti Vladimir Putinlə dünənki söhbətə əsaslanıb:
“Biz düzgün yoldayıq və mən dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Maykl Valsdan müzakirə olunan maddələrin dəqiq təsvirini vermələrini xahiş edəcəyəm. Bu bəyanat tezliklə dərc olunacaq”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью