Tramp Zelenski ilə Ukrayna üçün yeni imkanları müzakirə edəcəyini bildirib

17.10.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o və Ukrayna lideri Volodimir Zelenski Ukraynanın Rusiya ərazisinə dərinliyinə zərbələr endirməsinə imkan verəcək yeni imkanları müzakirə etməyi planlaşdırırlar.

"Report"un məlumatına görə, Ağ Ev rəhbəri bunun eskalasiya olacağını etiraf edib.

"Biz bu barədə danışacağıq", - deyə Tramp yeni imkanların müzakirə olunub-olunmayacağı barədə suala cavab olaraq deyib: "Biz bu barədə danışacağıq. Siz haqlısınız. Bu, eskalasiya olacaq, amma biz bu barədə danışacağıq".

Tramp "Tomahawk"lar məsələsini konkret olaraq qeyd etməyib, lakin bu gün aparılacaq müzakirələrin mərkəzində Amerika istehsalı olan uzaq mənzilli raketlərin dayanacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью