Tramp Zelenskidən Ukraynanın Moskvanı niyə vurmadığını soruşub WP

15.07.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı Rusiya rəhbəri Vladimir Putinə təzyiq etmək əzmində olduğunu nümayiş etdirib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın siyasi dairələrindəki məlumatlı mənbələrinə istinadən beynəlxalq siyasəti işıqlandıran jurnalist Devid İqnatius "The Washington Post" üçün köşə yazısında yazıb.

Onun məlumatına görə, Tramp Zelenskidən Moskvanı niyə vurmadığını soruşub. Ukrayna lideri qətiyyətlə: "Bizə silah versəniz, əlbəttə bunu edə bilərik", - deyə cavab verib.

Tramp deyib ki, Ukrayna təkcə Moskvaya deyil, Sankt-Peterburqa da zərbə vurmaqla Putinə təzyiqləri artırmalıdır.

Məqalədə deyilir ki, Tramp Putinə qarşı sərt davranıb. O, qəzəbli olduğunu nümaiş etdirib. Rusiya lideri Trampın dediyi kimi “yaxşı” olmağı dayandırıb.

Mətbuatı verdiyi məlumata görə, Tramp Kremlə ultimatum verib: Kiyev və Moskva yaxın 50 gün ərzində “ədalətli” razılaşma əldə etməsələr, ABŞ “ikinci dərəcəli sanksiyalar” tətbiq edəcək. Bunlar açıq şəkildə Rusiya neftini və qazını alan ölkələrdən malların idxalına rüsumları nəzərdə tutur.

Bundan əlavə, Amerika lideri Ukraynaya silah tədarükünə başlayıb. Söhbət 17 "Patriot" batareyası və onlar üçün sursatdan gedir. KİV-in məlumatına görə, döyüş təyyarələri və artilleriya sistemləri üçün raketlərin çatdırılması da nəzərdə tutulub.

“Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya yeni çatdırılmasını dəstəkləmək barədə görünməmiş qərara baxmayaraq, ABŞ prezidenti Donald Tramp hələ də əmindir ki, bu müharibədə üstünlük Moskvanın tərəfindədir, “Politico” Ağ Evdəki mənbələrə istinadən yazıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью