Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trump Ağ Evdəki Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı Ukrayna prezidenti Volodimir Zelenski haqqında müsbət fikirlər səsləndirib.
Modern.az xəbər verir ki, Tramp bildirib:
“Onun işlərin öhdəsindən kifayət qədər yaxşı gəldiyini düşünürəm”.
“Necə baxırsınızsa baxın, o bunu kifayət qədər yaxşı edir. Onu cəsur adlandırmaq lazımdır. Onun yaxşı təchizatı, yaxşı insanları və döyüşçüləri var”, – deyə ABŞ prezidenti əlavə edib.
Tramp və Zelenski ötən həftə Fransada keçirilən G7 Sammiti çərçivəsində görüşüblər. Həmin vaxt ABŞ prezidenti danışıqların “çox yaxşı” keçdiyini və tərəflərin Rusiya-Ukrayna münaqişəsinə diqqət yetirmək niyyətində olduqlarını qeyd etmişdi.