Tramp Zelenskini əmin edib ki, ABŞ Ukraynaya bacardığı qədər kömək edəcək

08.07.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı onu Vaşinqtonun davamlı dəstəyinə əmin edib.

Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” liderlərin söhbəti ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp Zelenskiyə ABŞ-nin ötən ay İranın nüvə obyektlərinə hücumundan sonra Pentaqonun sursat ehtiyatlarının yoxlanılmasını əmr etdiyini, lakin Müdafiə Nazirliyinə Ukraynaya silah tədarükünü dondurmaq əmri vermədiyini deyib.

"Tramp Zelenskini ABŞ-nin bacardığı qədər hərbi yardım göstərəcəyinə inandırıb ", - deyə vurğulanıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью