Tramp Zelenskini “hiyləgər” ADLANDIRDI

05.05.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə münasibəti ilə bağlı suala cavab verərək onu “hiyləgər” adlandırıb.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

“Zelenski hiyləgərdir, biz isə Ukraynada nizamlanmaya nail olmaq istəyirik”, — deyə Tramp bildirib.

Amerika lideri həmçinin etiraf edib ki, Ukrayna silahlı münaqişə zamanı ərazilər itirməkdə davam edir.

Tramp Ukraynanın döyüş qabiliyyətini də qiymətləndirib. Onun sözlərinə görə, Ukrayna NATO vasitəsilə göndərilən silahlar sayəsində döyüşmək qabiliyyətini qoruyub saxlayır. Tramp bildirib ki, Vaşinqton silahları Şimali Atlantika Alyansına üzv ölkələrə satır, onlar isə bu silahları daha sonra müttəfiqlər arasında bölüşdürürlər.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью