“Tramp Zelenskinin danışıqlarda iştirakını lüzumsuz hesab edir” CBS

21.02.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda ölkə Prezidenti Volodimir Zelenskinin iştirakını lüzumsuz hesab edir”.
Yeniavaz.com
xəbər verir ki, CBS müxbiri Cennifer Ceykobs sosial şəbəkə hesabında Trampdan sitat gətirib.
“Mən görüşlərdə onun olmasının o qədər də vacib olduğunu düşünmürəm”, - ölkə başçısı deyib.
Bundan əlavə, Amerika lideri ölkənin maliyyə naziri Skot Bessentin Kiyevə səfərini “boş səfər” adlandırıb:
“Düzünü desəm, kaş ki, heç ora getməyəydi”.
Qeyd edək ki, fevralın 12-də Bessent Kiyevdə mineral ehtiyatlara dair sazişin mətnini Volodimir Zelenskiyə təhvil verib. Zelenski bunu nə Bessentlə görüşündə, nə də daha sonra Münhendə ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşündə imzalamayıb. Əvəzində Ukrayna nümayəndə heyəti mətni öz düzəlişləri ilə təqdim edib, Münhendəki amerikalılar isə bunu nəzərə almayıb.
Son günlər ABŞ və Ukrayna arasında münasibətlər kəskin şəkildə pisləşib. Tramp Zelenskini diktator adlandırıb və onu mineral sövdələşməni pozmaqda ittiham edib. Zelenski Trampın guya “Rusiya dezinformasiyasının qurbanı” olması barədə fikir bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью