Tramp Zelenskinin gətirdiyi xəritəyə baxmadı Səbəb | Icma.az
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü zamanı Ukrayna nümayəndə heyətinin gətirdiyi döyüş meydanı xəritələrinə baxmaqdan imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
“Ağ Ev rəhbəri Zelenskiyə deyib ki, onun prioriteti müharibəyə son qoymaqdır.
Tramp ərazi məsələsində maraqlı olmadığını açıq şəkildə bildirib.
O həmçinin Ukrayna liderinə bildirib ki, Kiyev uzaqmənzilli “Tomaqavk” raketləri alacağını gözləməməlidir”, – deyə nəşr yazıb.
Əliyar Xəlil Globalinfo.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu