Tramp Zelenskinin qərarını axmaqlıq adlandırdı

12.12.2024

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna lideri Volodimir Zelenskinin Amerikanın uzaqmənzilli silahları ilə Rusiya ərazisinə dərin zərbələr endirmək qərarı axmaqlıqdır.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, hazırda dünyada ən təhlükəli vəziyyəti yaradır. 

“Məncə, hazırda dünyada ən təhlükəli vəziyyət odur ki, Zelenski ABŞ-nin hazırkı Prezidenti Co Baydenin razılığı ilə Rusiyanı uzaqmənzilli raketlərlə vurmağa başlamaq qərarına gəlib. Hesab edirəm ki, bu, kifayət qədər axmaq qərardır. Çünki bu, nəinki, Ukrayna bütün dünya üçün təhlükəlidir”, - deyə Tramp qeyd edib.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью