Tramp Zelenskiyə bir neçə gün VAXT VERDİ

09.12.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim etdiyi “sülh planı” ilə bağlı cavab verməsi üçün “bir neçə gün” vaxt verib.

Modern.az xəbər verir ki, bu barədə “The Financial Times” məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Zelenski Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin ondan “tez qərar” tələb etdiyini bildirib. Tramp isə ümid edir ki, tərəflər razılaşmanı katoliklərin Milad bayramına qədər yekunlaşdıra biləcək.

ABŞ lideri dünənki açıqlamasında Zelenskinin hələ də “sülh planı” ilə tanış olmamasından məyus olduğunu söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью