Tramp Zelenskiyə dəhşətli təklif edəcək BU GÜN

20.10.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çərşənbə axşamı Osloda keçiriləcək görüşdə amerikalılar Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə razılığa gəlmək üçün ərazi güzəştlərinə razı salmaq niyyətindədirlər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp getdikcə Zelenskini razılığa gətirməyə məcbur etmək əzmindədir. Vaşinqton Ukrayna liderinə Kiyevin heç bir qiymətə ərazini saxlamamalı olduğunu izah etmək niyyətindədir. Eyni zamanda, NYT iddia edir ki, Ukrayna mümkün razılaşmaya etirazlarını geri götürsə, bundan faydalana bilər.

Trampın köməkçiləri hazırkı anı "yolayrıcı" adlandırır və inanırlar ki, Zelenski ərazidən imtina etmək demək olsa belə, Moskva ilə razılığa gəlməyə hazır olduğunu nümayiş etdirməlidir:

"Bu, çərşənbə axşamı Osloda Zelenskiyə Amerika mesajı olacaq".

Trampın xüsusi elçisi Stiv Vitkov 20 oktyabrda Zelenski ilə görüşəcək. ABŞ Prezidentinin kürəkəni Cared Kuşner danışıqlara məsafədən qoşulacaq. Müzakirələrdə Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb da iştirak edəcəklər.

“Axios” və “Reuters”-in əvvəllər xəbər verdiyi kimi, Vitkoff Oslo danışıqlarından sonra Moskvaya səfər etmək niyyətindədir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью