Tramp Zelenskiyə təzyiq edəcək

01.12.2024

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropada, xüsusən də Almaniyada belə bir fikir formalaşıb ki, Ukrayna ərazi məsələsində güzəştə getməli olacaq.

Teleqraf.com xəbər verir ki, "Focus" jurnalına müsahibə verən hərbi analitik Karlo Masala ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kiyevə bu istiqamətdə təzyiq göstərəcəyini düşünür.

“Donald Tramp ABŞ-ın gələcək prezidenti kimi Ukraynaya ərazi güzəştlərinə getməsi üçün təzyiq göstərəcək... bu tələb həm də Avropa siyasətində, xüsusən də Almaniya üstünlük təşkil edən fikirdir” - o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью